Şrift:
Nəcib qəlbli, əsil insan şəfalı əllərə malik gözəl cərrah Rahət həkim!
15.04.2013 [12:53] - Gündəm, Bildiriş
Hüseynov Rahət Saləddin oğlu 3 yanvar 1954-cü ildə Şeyx Nizaminin vətəni Gəncə şəhərindəziyalı ailəsində anadan olub. O zamankı ziyalılar oğullarını hakim və ya həkim, qızlarını isə musiqişünas və ya müəllimə görmək istəyirdilər. Saləddin müəllim və onun ömür-gün yoldaşı Fama xanım oğulları Rahəti həkim görmək istəyirdilər.
1961-ci ilin sentyabr ayının 1-də Rahətin əlindən tutub Gəncə şəhərinin o vaxtlarda (indidə) seçmə sayılan 4 saylı rus təmayüllü orta məktəbin 1-ci sinfinə qoydu.valideynlərin sevinclərinin həddi-hüdudu yox idi. 1971-ci ildə Rahət 11-ci sinfi əla qiymətlərlə bitirdi. Orta məktəbdə oxuyarkən sinifdə yoldaşlarının və müəllim kollektivinin hörmətini qazanmışdır.
Rahət 1971-ci ildə Leninqrad İnstitutunun Pediatriya fakültəsinə daxil oldu və 1977-ci ildə həmin İnstitutun uşaq cərrahı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdi.
Hüseynoc Rahət Saləddin oğlu 1977-ci illər ərzində Rusiya Federasiyasının Nijni Tagil uşaq cərrahı işləmişdir. 1988-ci ildən hal-hazıra kimi Gəncə şəhər saylı uşaq xəstəxanasında cərrahiyyə şöbəsində cərrah, son iki ildə cərrahiyyə şöbəsinin müdiridir. Ali dərəcəli uşaq cərrahıdır.
Hüseynov Rahət Saləddin oğlu eyni zamanda gözəl ailə başcısıdır. Onun 3 övladı, 3 nəvəsi var.
Təkcə Gəncədə deyil eyni zamanda qərb zonasının əhalisi arasında, kollektivdə Rahət həkim sevib-seçilən, şəfalı əllərə malik olan, sənətini ürəkdən sevən cərrah, ziyalı insandır.
Rahət həkim, yüz il yaşayasınız və xəsətələrə şəfa verib yaşadasınız. Təkcə Gəncə şəhəri deyil, bütün Azərbaycan sizin kimi gözəl insanla fəxr edir.

Gəncə şəhəri, İranlı Mühacirlər
Cəmiyyətinin sədri
Əli Dəsti
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed