Şrift:
İraq Türkmən Məclisi 2 illik aradan sonra toplandı
15.04.2013 [13:34] - Gündəm, Türk dünyası-Turan
Iraq Türkmən Məclisi, Başqan və üzvləri, Türkmən millət vəkilləri, siyasi partiya təmsilçiləri, qeyri-hökumət təşkilatları və Türkmən şəxsiyyətlərinin bir araya gəlməsi ilə iki il aradan sonra toplanacaq.

13 aprel 2013-cü il tarixdə yer alan bu toplantıda Türkmən Məclisi yeniden formalaşdırılacaq. Türkmən xəbər qaynaqlarına görə, Vəfa Hərəkatı və Iraq Türkmən İslam Birliyinin də Məclisə qatılması barədə raşılaşmaya varılmışdır.

İraqda 2 milyondan 3 milyona qədər Türkmən yaşayır,Onların arasında sünni və şiə məzhəb anlaşmazlığı səbəbindən birlik təmin edilmədi və bu vəziyyətdən kürd toplumu yararlandı. Bunun nəticəsidir ki, Türkmənlər parlamentdə və hökumətdə hələ də qədərincə təmsil oluna bilmirlər.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed