Şrift:
Jurnalistlər arasında Güney Azərbaycan haqda yazı müsabiqəsi
15.04.2013 [14:23] - Gündəm, Güney Azərbaycan xəbərləri
« Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi jurnalistlər arasında müsabiqə elan edir. Müsabiqəyə çap mediasında, saytlarda çalışanlar, televiziya və radio əməkdaşları qatıla bilərlər.
Müsabiqəyə göndərilən materiallar (reportaj, araşdırma, analiz) Güney Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar və ekoloji problemlərini əhatə etməlidir. Arazın o tayındakı vəziyyəti Şimali Azərbaycan oxucusuna, seyrçisinə və dinləyəcisinə maraqlı, dolğun və orijilal üslubda çatdıran materiallara üstünlük veriləcək.
Qəzet və ya saytlarda yayınlanan məqalələrin həcmi 8-11 min çap işarəsi həcmində olmalıdır. Bir müəllifin müsabiqəyə bir neçə məqalə təqdim etməsi mümkündür.
Bu elanın dərcindən əvvəlki materiallar müsabiqəyə qəbul olunmayacaq.
Məqalələrin müəllifləri yazıların linklərini və özləri haqqında məlumatları (tərcümeyi-hal, şəkil və telefon nömrələri) gamac.musabiqe@gmail.com email adresinə göndərməlidirlər.
Qaliblərə aşağıdakı mükafatlar təqdim olunacaq:
1-ci yer – 1000 manat;
2-ci yer – 800 manat;
3-cü yer – 600 manat.
Sonrakı 5 yazı üçün 200 manat dəyərində həvəsləndirici mükafat nəzərdə tutulub. Digər müəlliflər isə fəxri diplomlarla mükafatlandırılacaqlar.
Güney Azərbaycan mövzusunda ən yaxşı televiziya və ya radio reportajı, o cümlədən qısametrajlı film üçün mükafatın məbləği 1000 manatdır. Müsabiqəyə təqdim edilən televiziya və ya radio reportajların, qısametrajlı filmlərin diskləri də gamac.musabiqe@gmail.com email ünvanına göndərilməlidir.
Yazı və disklərin qəbulu tarixi aprelin 16-dan iyun ayının 30-a qədərdir. Mükafatların təqdim edilməsi mərasimi iyul ayının ortalarında gerçəkləşəcək.
Güney Azərbaycan mövzusunda qələmə alınan və müsabiqəyə göndərilən yazıların əhəmiyyətli hissəsinin ilin sonuna qədər kitab şəklində çapı nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed