Şrift:
Qohumunu borca görə öldürüb
09.11.2011 [15:30] - Hadisə
Bakının Binəqədi rayonda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən xəbərə görə, Elnur Mürsəlov qohumu İlqar Vəliyevi başına dəmir parçası ilə vuraraq qətlə yetirib. İlkin araşdırmalara görə, hadisə borc pul üstündə baş verib. E. Mürsəlov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed