Şrift:
Bülənt Arınç: Erməni iddialarının heç bir əsası yoxdur
16.04.2013 [10:00] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin baş nazirinin müavini Bülənt Arınç 1915 ci il hadisələri ilə əlaqədar olaraq ermənilərin iddalarının heç bir əsası olmadığını bildirib. Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.
"1915-ci hadisələrində ermənilərin "soyqırım" haqda iddialarının heç bir əsası yoxdur", - Arınç bildirib.
Onun sözlərinə görə, 1915-ci il hadisələrinə şikayətçilərin şikayəti əsasında deyil, tarixçilərin araşdırması əsasında qiymət verilməlidir.

Baş nazirinin müavini onu da qeyd edib ki, Türkiyə bundan əvvəl də tarixi arxivləri açmağa hazır olduğunu bəyan edib.

"Türkiyədə höküməti olaraq 1915-ci il hadisələrinin araşdırılması üçün bütün arxivlərin açılmasına razıyıq. Lakin təəssüf ki, bu təklifə Ermənistan rəsmiləri hələ də cavab verməyiblər",- Arınç qeyd edib.
Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed