Şrift:
Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
16.04.2013 [10:30] - Köşə yazarları, İqtisadiyyat
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən verilən məlumata görə, SKM tərəfindən İsmayıllı rayonu üzrə sahibkarlıq subyektlərindən müasir soyuducu anbar kompleksinin yaradılması, bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması, müasir quşçuluq təsərrüfatının yaradılması, müasir heyvandarlıq kompleksinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed