Şrift:
“İrana qarşı görünməmiş miqyasda sanksiyalar tətbiq olunmalıdır”
09.11.2011 [16:16] - Köşə yazarları
“Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı ilə bağlı hesabatını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclası keçirilməli və İrana qarşı görünməmiş miqyasda sanksiyalar tətbiq olunmalıdır”.

“RİA Novosti”nin verdiyi məlumata görə, bu sözləri Fransanın xarici işlər naziri Alan Jüpe deyib. Fransanın müdafiə naziri Jerard Longe isə bildirib ki, İranın cəzalandırılması üçün hərbi güc tətbiq etmədən sanksiyalar ağırlaşdırılmalıdır.

Qeyd edək ki, beynəlxalq agentliyin hesabatında Tehranın 2003-cü ildən etibarən nüvə silahının istehsalı istiqamətində sanaq işləri apardığı və bunu hazırda davam etdirdiyi bildirilir. İran isə bu iddiaları uydurma və əsassız adlandırıb. İran atom silahı proqramı üzərində işlədiyini rədd edərək nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bəyan edib.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed