Şrift:
ABŞ-da qanlı terror aktı (VİDEO- FOTO,
16.04.2013 [13:12] - Gündəm, Hadisə
)
Boston marafonunun finişində baş verən hadisə nəticəsində xeyli ölən və yaralanan var


Boston marafonunun finişində iki partlayış baş verib.RİA “Reuters”in verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların dəqiq sayı barədə məlumat yoxdur.

Şahidlər bildiriblər ki, zərərçəkənlərin sayı çox ola bilər.

Boston marafonu dünyanın ən nüfuzlu beş marafonundan biridir.

***

CNN-in verdiyi məlumata görə, partlayışlar nəticəsində azı üç nəfər ölüb, 6 adam xəsarət alıb.

Şahidlərin FoxNews-a verdiyi məlumata görə, zərərçəkənlərin əksəriyyətinin aşağı və yuxarı ətrafları qopub.

Bu il 117-cisi keçirilən Boston marafonunda 24 mindən çox idmançı iştirak edir.

***

Boston marafonunda baş vermiş partlayış nəticəsində 12 nəfər ölüb, 15-ə yaxın adam xəsarət alıb. Xəbəri New York Post hüquq-mühafizə orqanlarına istinadən yayıb. Hadisə yerinin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb.

***

Bostondakı partlayışlar nəticəsində 90 nəfər yaralanıb. Bu barədə məlumatı 911 xilasetmə xidməti Twitter-də yayıb. Boston polisi 2 nəfərin həlak olduğunu təsdiqləyib. New York Post tabloidinin 12 nəfərin ölməsi barədə yaydığı məlumat hələlik rəsmən təsdiqlənmir. Bəzi KİV-lər yaralıların sayının 100-dən çox olduğunu zəbər verirlər.

Qeyd edək ki, dünyanın ən qədim və prestijli ənənəvi marafonlarından biridir. İlk dəfə bu marafon 1897-ci ildə keçirilib. marafon aprel ayının üçüncü həftəsində 42 km 195 m məsafədə keçirilir.

Bu gün həm də Vətənpərvərlik günü adlanır. Hər il marafonda minlərlə insan iştirak edir. 1996-cı ildə bu yarışda maksimum sayda- 38 min insan iştirak edib. Tamaşaçıların sayı isə 500 min nəfəri ötür.

Bu marafonda ilk dəfə 15 nəfər iştirak edib. Qalibi Cin Makdermot olub. İlk qalibin mükafatı zeytun yarpağından cələng olub. 80-cı illərdə insanlar stimul olmadan qaçmaqdan imtina etdilər.

Amerikada terror aktı
Bu xəbər oxucular tərəfindən 1046 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed