Şrift:
İranda 8 bal gücündə zəlzələ oldu
16.04.2013 [18:11] - Güney Azərbaycan xəbərləri, Hadisə
Aprelin 16-da İranın Sistan və Bəlucistan əyalətində, Pakistanla sərhəddə Rixter cədvəli üzrə 8 ballıq zəlzələ baş verib.

Zəlzələnin episentri Xaş şəhərinin 86 kilometrliyində, əyalətin mərkəzi Zahidan şəhərinin 200 kilometrliyində baş verib. Zəlzələ İranın Kirman şəhərində, eləcə də Ərəbistan yarımadasından Hindistana qədər bütün Cənub-Qərbi Asiyada hiss olunub.

Güclü zəlzələnin yerin 15 kilometr dərinliyində baş verdiyi bildirilir.

Hər hansı dağıntılar və insan tələfatı haqqında məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed