Şrift:
Asiyanın orta nöqtəsi (Tuva Türkləri)
17.04.2013 [11:51] - Türk dünyası-Turan, Türkün şanlı tarixi
Asiyanın orta nöqtəsi (Tuva Türkləri)


Tuva Respublikası Rusiya Federasiyasında Cənubi Sibirdə muxtar bir türk respublikasıdır. Tuva respublikası adını Türk xalqlarından biri olan Tuvalardan alır. Ərazisi 170.500 km2dir. Əhalisi 400.000 nəfərə yaxındır. Şimalında Rusiya Federasiyasına bağlı Krasnoyarsk diyarı, şimali qərbində Xakasiya muxtar respublikası, qərbində Altay Muxtar Respublikası, cənubunda Monqolustan, şərqində Buryat Muxtar Respublikası ilə sərhəddir.

--------------------------------------------------------------------------------

Paytaxtı Qızıl şəhəri olan respublikanın əsas xalqı Tuva türkləridir və Tuva türkcəsində danışırlar.

Tuva Respublikası Rusiya Federasiyasında Cənubi Sibirdə muxtar bir türk respublikasıdır. Tuva respublikası adını Türk xalqlarından biri olan Tuvalardan alır. Ərazisi 170.500 km2dir. Əhalisi 400.000 nəfərə yaxındır. Şimalında Rusiya Federasiyasına bağlı Krasnoyarsk diyarı, şimali qərbində Xakasiya muxtar respublikası, qərbində Altay Muxtar Respublikası, cənubunda Monqolustan, şərqində Buryat Muxtar Respublikası ilə sərhəddir.

Paytaxt Qızıl ilə Moskva arası 4668 km – dir. Böyük şəhərləri və sənaye mərkəzləri Qızıl, Axdovurak (Ağ torpaq), Şagonar, Çederdir. Yeraltı qaynaqları qızıl, dəmir, asbest, kömür və başqa xammallardır. Adi və palçıq vulkanları mövcuddur. İnək, merinos qoyun və keçi ilə birlikdə gücündən faydalanmaq üçün at yetişdirirlər. Ölkə coğrafiyası əsasən meşələrdən, dağlardan və düzənliklərdən ibarətdir. Ölkənin əsas xalqı olan Tuva türkləri Tuva türkcəsində danışırlar.

Bəzi elm adamları tərəfindən aparılan hesablamalar nəticəsində məlum olub ki, Asiya qitəsinin şərq-qərb davamında tam orta nöqtəsi Tuva Respublikasındakı Qızıl şəhəridir.

Çin mənbəələrinin yazdığına görə, Tuvalar Qırğızıstanın şərqində, “Kiçik Dəniz”in (böyük ehtimalla Baykal gölü) cənubunda və uyğurların şimalındadır. Bu gün də Tuvalar burda yaşayırlar və buranı “danı-Tuva” adlandırırlar.

1207-ci ildə Tuva, Çingiz xan dövründə Monqol dövləti tərəfindən işğal edilmişdir. “Monqolların gizli tarixi” adlı tarixi əsərə görə Tuba, Tubas şəklində şimal-qərbdə, Xanqhaslar ilə birlikdə yaşayan bir Türk xalqıdır. Çingiz xanın oğlu Coçi, Oyrat, Buryat, Barhun, Ursut, Habhanas, Hakas və Tubaları monqollara bağlamışdır. Monqolların suverenliyi dövründə Tuva türkləri, Türklüklərini möhkəm bir şəkildə mühafizə ediblər. Monqol irqi ilə hər mənada qaynayıb qarışmağı rədd edib, hətta işğallar əsnasında meşələrdə əsrlər boyunca gizlənməyi üstün tutmuşdular. Bəzi mənbəələrdə “meşə xalqı” mənasına gələn “Uranhay” kimi adlandırılmaları da elə buna görədir. Ardınca Oyrotların və Çungaryanın tərkibinə daxil olublar. Daha sonra isə Çinin Mançu bölgəsinin idarəsinə girib.

1860-cı ildə imzalanan Rus – Çin müqaviləsindən sonra rus tacir və immiqrantlarına o günkü adı ilə Uranxay-Uyğurların ölkəsində yaşamağa icazə verilmişdi. Tuvanı ruslar işğal etmişdilər. Eyni zamanda Çinin də ciddi təsiri mövcud idi.

1883-cü ildəki Tuva qiyamında Çin rəhbərliyi çoxlu sayda Tuva türkünü qətlə yetirib. Tuva türklərinə qarşı tam bir soyqırım həyata keçirilib. Soyqırımdan qaçan bəzi Tuva türkləri, Altay və Xakasiyadakı başqa Türk birliklərinə sığınır. Vətənpərvər Tuva xalqı isə 1911-ci ildə Çindəki qarışıqlıqların olmasından da imkanını tapıb müstəqilliyini elan edir.

Lakin bu müstəqillik uzun sürmür. 3 il sonra Rusiyanın ərazisinə daxil edilir. Yəni 1914 – cü ildə ruslar tərəfindən işğal olunur. 1912-1918 – ci illər arasında Tuvaya gələn rusların sayı 300% artır. Rusiyadakı 1917 – ci ildə baş verən Bolşevik İnqilabındakı nüfuz boşluğundan istifadə edib Tuvanı bolşeviklər (kommunistlər), ağ qvardiyaçılar (çar tərəfdarı ruslar), çinlilər, monqollar ələ keçərməyə çalışırdılar. Xüsusilə Qızıl (çarlığa qarşı olan rus kommunistlər) və ağ (çar tərəfdarları) rusların qarşıdurmasında minlərlə Tuva türkü öldürülür. Tuva türklərinin qida vəsaitləri və heyvanları müsadirə olunur.

18 iyul 1918 – ci ildə toplanan Bütün Tuva qurultayı (xuralı) Tuvanın müstəqilliyini elan edir, 1921 – ci ildə Respublika kimi müstəqilliyini təkrar qazanır. 13-16 avqust 1921 – ci il tarixində Tuvanın bütün bölgələrinin öndərlərinin iştirakı ilə Oyun (Dan idi) mahalının, Sug-Bajı (Subaşı) adlı kəndində milli bir yığıncaq reallaşdırılır. Bu yığıncaqdakı üzvlərdən Buyan Badırgı isə “Bundan sonrakı yığıncaqları Tuvalar öz aralarında keçirməlidir. Ki, biz öz məsələlərimizi, ənənələrimizi ruslardan daha yaxşı bilirik” – deyə çıxış edir.

1925 – ci ilin noyabr ayında Monqolustan Tuvanın müstəqilliyini tanıyır və diplomatik əlaqələr qurmağa başlayır. Danı Tuva Xalq Respublikası qurulur. 1926 – cı ildə respublikanın adı Tuva Xalq Respublikası kimi dəyişdirilir. Danı Tuva Respublikasının siyasi həyatında rus və monqol təsirinin güclü olduğu görünür. Tuvadakı ziyalıların əksəriyyəti Monqolustana inteqrasiya olunmaq istəyiblər. Danı Tuva Respublikasının ilk başçısı Donduq, Monqolustana yaxın olmaq və Buduqmu yaymaq siyasətini icra edir.

Buryat və Kalmık dini öndərləri, Monqolustan ilə birləşmək siyasətlərini dəstəkləyir və onların təbliğatlarını edirdilər. 1926-cı ildə Monqolustan ilə Tuva arasında Dostluq müqaviləsi imzalanır. 1928 – ci ilin mart ayında Tuvada Budist Lamaların konqresi keçirilir. Bu dövrdə qəzetlər monqol tərəfindən çıxış etməyə başlayır, Monqolustana Tuva türklərindən şagirdlər göndərilir və adlar monqollaşdırılır. Bu dövrdə Buryat monqollarından Çenkirov isə ruslar tərəfindən dəstəklənərək tuvalılar arasında marksizmi yaymaq məqsədi ilə Tuva Xalq İnqilab Partiyasını qurur.

Bu partiya Tuvanın Turan bölgəsində qurulur. Tuva İnqilab Xalq Partiyasında Monqolustanla birləşmənin gündəmdə olması və Tuva dövlət rəhbərliyinin də anti-rus siyasəti üzərinə Rusiya rəhbərlikdəkilərin təsirini azaltmaq üçün rus tərəfdarı Salçak Toxanı dəstəkləyir.

Ölkə II Dünya müharibəsi davam edərkən SSRİ yarı müstəqil Danı-Tuva Türk dövlətini işğal edir və ölkənin 170.500 km2lik ərazisi öz torpaqlarına daxil edir. 16 avqust 1946 – cı ildə Tuvanın SSRİ – yə daxil olduğu açıqlanır.

Tuvanın zəngin yeraltı və məhsuldar əkinçilik – meşə sahələri istismar edilməyə başlandı. Rusiyaya bağlı muxtar bölgə halına gəldi. Əvvəllər muxtar bölgə kimi, 1965 – ci ildən etibarən də muxtar respublika kimi fəaliyyət göstərir. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik dalğaları Tuvada da öz təsirini göstərir. Buna baxmayaraq Tuva hələ ki, tam müstəqilliyə çata bilməyib. Lakin Muxtar Respublika halına gələ bilib.

Sovet Sosialist Respublikalar Birliyi dağılandan sonra Rusiya Federasiyası içində qalır. Rusiya Federasiyasına daxil olan 21 muxtar respublikadan biri də Tuva Respublikasıdır. Lakin 13 May 2000-ci ildə Rusiyanın əritmə siyasətinə uyğun olaraq Sibir Federal Dairəsinə daxil edilir. Əhalisinin az olmasına baxmayaraq tuvalılar yenə də öz türk kimliklərini qoruyurlar. Tuvalar Rusiyadakı digər Türk boylarına görə ana dilinin qorunması baxımından ən yüksək səviyyədədirlər. Şərqində və cənubunda monqollar, şimalında və qərbində ruslarla əhatə olunan tuva türklərinin cənubi qərbində altay Türkləri var və bu vasitə ilə qazax türklərinə çıxışları da mövcuddur.

Tuva türkləri, inanış olaraq qədim Türklərin dini olan Şamanizmin Göy Tanrı və ya Tengriçilig inancına mənsubdurlar. Eyni zamanda Budizmi də din kimi qəbul edirlər. Çox az sayda əhali isə Rusiyanın və başqa xristianların yaydığı xristialığa inanmağa başlayıblar.

Müsəlman olan tuvalıların sayı da az deyil. Qurani – Kərim və əhəmiyyətli mənbəə sayıla biləcək İslami əsərlər Tuva türkcəsinə hələ ki, tərcümə edilməmişdir. Tannu-Tuva vətəndaşları istədikləri dini seçmə azadlığına malikdirlər. Din vəzifəliləri öz işlərini rahatlıqla görürlər.

Tuva özünə xas musiqi üslubu ilə bölgəsində bir öndərdir. İstər Buryat, monqol, istərsə də altay, xakas müğənniləri tuva sənətçiləri kimi təsirli ola bilmirlər. Bo?azın dərinliyindən oxunan mahnılar dünyada məşhurdur.

Yeraltı zənginlikləri baxımından əhəmiyyətli bir ölkədir. Tuvada kömür, dəmir, civə, qızıl, asbest, kobalt, nikel, mis, sink, daş kömürü, mədən duzu çoxdur. 1970-ci ildə Tuvanın ən böyük sənaye quruluşu olan asbest fabriki Akdovurak şəhərində açılıb. Tuvanın iqtisadiyyatında əkinçilik sektoru da əsas rol oynayır.

Tuva və ölkəmiz arasındakı dövlət səviyyəsində ilk əlaqələr 1994-cü ilin iyul ayında başlayıb. Dövrün Tuva respublikasının prezidenti Şerig-ool Oorjak Tuva dövlət heyəti ilə birlikdə İstanbuldakı rəsmilərimizlə görüşüblər. İndiki dövrdə öz dövlət başçısı, bayrağı, öz konstitusiyası, parlamenti, hökuməti, milli marşı olan Tuva Respublikası hər an tam müstəqil dövlət ola biləcək vəziyyətdədir. Rusiya Federasiyası rəhbərliyi Tuva Respublikasını iqtisadi baxımından sərbəst olmasını istəmir, amma Tuva türkləri mübarizələrindən bir addım geri atmırlar.

mdi-az araşdırma qrupu
Bu xəbər oxucular tərəfindən 1536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed