Şrift:
Bu gün İran Silahlı Qüvvələr Gününü qeyd edir
18.04.2013 [10:12] - Gündəm
Bu gün, aprelin 18-də İran Silahlı Qüvvələri Günüdür. Bu münasibətlə Tehranda hərbi parad keçirilir. Bu barədə İranın FARS agentliyi məlumat verir.
Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edir. Parad İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunub. Paradı İran Prezidenti Mahmud Əhmədinejad, müdafiə naziri Əhməd Vəhidi və digər hərbi komandirlər, diplomatik nümayəndəliklərin rəhbərləri izləyirlər.
Məlumata əsasən, paradda hərbi təyyarələrin hava nümayişləri olacaq.
Silahlı Qüvvələr Günü münasibəti ilə bu gün yeni zirehli personal daşıma vasitəsilərinin, yeni helikopter simulyatorunun, həmçinin hərbi telekommunikasiya sahəsində yeni nailiyyətlərin təqdimatı keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed