Şrift:
Azərbaycanın Rabitə Nazirliyi “Elektron hökümət” layihəsi çərçicəsində qrant sazişi imzalayıb
18.04.2013 [11:07] - Gündəm, İqtisadiyyat
Rabitə və İnformasiya Texnoilogiyaları Nazirliyi cümə axşamı Azərbaycanda "Elektron hökümət" layihəsi çərçivəsində Cənubi Koreyanın Xarici İşlər Nazirliyi ilə təlim mərkəzlərinin yaradılması barədə qrant sazışı imzalayıb.
Layihə çərçivəsində regionlarda 15 təlim mərkəzinin yaradılması nəzərdə tutulub. Mərkəzlər Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba və Şəki şəhərlərində fəaliyyət göstərəcək.
Mərkəzlərin texniki təchizatı koreyalı mütəxəsislər tərəfindən həyata keçiriləcək. Təlimlər dövlət qulluqçuları üçün keçiriləcək. Həmçinin, məsafədən təhsilin işə salınması da nəzərdə tutulub.
Qrant sazişinin ümümi dəyəri 3,7 milyon ABŞ dollarıdır.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed