Şrift:
Türkiyədə tarixçi alim Boran Əzizin “Azərbaycanda ermənilərin türk soyqırımı” adlı kitabı nəşr olunub
18.04.2013 [11:23] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Türkiyədə Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizin “Azərbaycanda ermənilərin türk soyqırımı. Mart faciəsindən Xocalıya” adlı kitabı çapdan çıxıb.Kitab müəllifin uzunmüddətli araşdırmaları, arxiv sənədlərinin müqayisəli, obyektiv və qərəzsiz təhlilləri nəticəsində hazırlanıb. Əsərdə XX əsr boyunca - 1905-1907, 1918, 1948-1953 və nəhayət, 1988-ci ildən sonra ermənilərin Azərbaycan ərazilərində törətdiyi soyqırımlar haqda məlumatlar əksini tapıb. Kitabda rəsmi məlumatlar və şahidlərin verdiyi bilgilərə də yer verilib.

Əsərin Türkiyə türkcəsinə çevrilməsinin səbəbi Qarabağ və digər Azərbaycan torpaqlarında yaşanan vəhşilikləri azərbaycanlı alimin qələmindən Türkiyə oxucusuna çatdırmaqdır.
Bu xəbər oxucular tərəfindən 1125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed