Şrift:
Erməni lobbisi ABŞ hökumətini Dağlıq Qarabağ münaqişəsini nizama salmaq istəyinə görə tənqid edir
19.04.2013 [11:59] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Amerikanın Erməni Milli Konqressi (ANCA) ABŞ-ın dövlət katibi Con Kerrinin Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin böyük rol oynamasını etiraf etdiyinə görə tənqid edib.
ANCA Kerrini "odun üzərinə yağ tökməkdə" ittiham edib.
"Armenpress" agentliyi məlumat verir ki, "ANCA" "Facebook" sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, Türkiyə və Ermənistan dostluğunun olmamasına baxmayaraq, dövlət katibi Con Kerri Dağlıq Qarabağ məsələsində Ankaranın böyük rolu olduğunu ön plana çəkir.
ABŞ-ın dövlət katibi Con Kerri aprelin 18-də Nümayəndələr Palatasında çıxışı zamanı bildirib ki, Türkiyə Dağlıq-Qarabağ və Kipr məsələlərinin həllində konstruktiv oyunçu olacaq.
"Türkiyə bizimlə iki həll olunmayan münaqişə barədə danışıqlar aparır - Dağlıq Qarabağ münaqişəsi və Kipr probleminin həlli. Türkiyə bu problemlərin həll olunmasında əhəmiyyətli rol oynayır", - "Anadolu" agentliyi Kerrinin sözlərinə istinadən bildirir.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed