Şrift:
Türkiyə vizalara dəyişiklik etdi
19.04.2013 [13:19] - Gündəm, Türk dünyası-Turan
Bundan sonra xarici vətəndaşlar vizanı elektron formatda ala biləcək

Türkiyənin sərhəd-keçid məntəqələrində viza möhürü almaq haqqına sahib olan 94 ölkənin vətəndaşının ölkəyə girişini asanlaşdırmaq üçün yeni proqram yaradılıb. Bu proqrama görə, 94 ölkənin vətəndaşları onlardan istənilən məlumatları Xarici İşlər Nazirliyinin "www.evisa.gov.tr" adlı saytına qeyd edib, viza xərclərini kredit kartı və ya bank kartı ilə ödəyərək elektron viza ala biləcək.

Elektron viza proseduru dünəndən etibarən başlayıb. Elektron viza almadan sərhəd qapılarına gələnlər üçün isə əvvəlki prosesdurlar qüvvədə olacaq.

Elektron viza Türkiyəyə turizm və ya ticarət məqsədlərlə edilən səyahətlər üçün keçərlidir. İş, təhsil, araşdırma, uzunmüddətli yaşayış vizaları isə yenə Türkiyənin xaricdəki təmsilçiliklərindən alınacaq.

Elektron viza müraciətləri üçün səyahət tarixindən etibarən ən azı 6 ay müddəti olan bir pasportun, uçuş bileti ayrıldığına dair məlumatın və bank (və ya kredit) kartının olması kifayətdir.
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed