Şrift:
Yalanla yaşayan Ermənistan
19.04.2013 [15:08] - Gündəm, Gənclik
Artıq neçə illərdir ki, hər il aprel ayının 24-də ermənilər öz uydurma soyqırımlarını qeyd edirlər.Bu ayın gəlməsi ilə əlaqədar olaraq erməni lobbisi xüsusi canfəşanlıq göstərirlər. Qondarma "erməni soyqırımı" - birinci dünya müharibəsi illərində Anadoluda yaşayan ermənilərin kütləvi şəkildə məhvə məruz qalması kimi izah olunur.Ancaq bütün bu fikirlərin hamısı əsasız bir yalandan başqa bir şey deyildir.Maraqlı burasıdır ki, erməni lobbisinin səyləri nəticəsində demək olar ki,dünyanın nüfuzlü dövlətləri qondarma soyqrımı tanıyıblar.Bütün bunlara baxmayaraq,ermənilər “soyqrımın” tanıdılması ilə deyil onu tanıyan dövlətlərdə abidələrin qoyulmasına da nail olublar.Görəsən bu dövlətlər bir araşdırma aparıblar mı?Mən belə düşünürəm ki,hər kəs öz maraqları naminə bu yalanı qəbul edib. Bəs bu dövlətlər, Quba məzarlığını, Xocalı soyqrımını görmürlər mi? Təbii ki əyani sübutları olan soyqrımlarımızı tanımamaqda bir məqsəd var.Belə ki,Azərbaycanın əlverişli təbii-coğrafi və iqtisadi-starteji mövqeyi,təbii sərvətətləri nəzərə alsaq, burda dövlətlərin maraqlarınıda görə bilərik.

Faktiki reallığı görməyən Avropa Parlamenti 2005 –ci ildə ermənilərin lehindən çıxış edərək, Türkiyə Avropa Birliyinə qatılmaq istəyirsə ,1915-ci il erməni “soyqrımını” tanımalıdır deyə bir bəyannamə qəbul etdi. Niyə özünü insan huquqlarının müdafiyəçisi kimi təqdim edən Avropa parlamenti 21 il öncə erməni vəhşiliyi tərəfindən törədilən Xocalı soyqrımını tanımır? Yüz ilin yalanına inamaqdansa dünən olmuş bir həqiqəti qəbul etmir? Demək ki,parlament insan hüquqların deyil öz hüquqlarının müdafiyəçisidir.

Qarabağ Müharibəsində ermənilərin Xocalıya əsas maraqları onun starteji və coğrafi mövqeyi ilə əlaqədar idi. Xocalıda yerləşən Qarabağ bölgəsinin yeganə aeroportu bu şəhəri daha əlverişli hərbi məkana çevirirdi.Rusiya ermənilərə verdiyi hərbi dəstək sayəsində Dağlıq Qarabağa Muxtar vilayət hüququ verilməsində maraqlı idi. İndiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərkən demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirilmək yolu ilə təşkil olunub. Yeri gəlmişkən qeyd edim ki, bu "prinsip" əsasında ermənilər kompakt yaşadıqları başqa ölkələrin ərazisində də özlərinə "muxtariyyət" tələb edə bilərlər! Beləliklə, yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə Qərbi Azərbaycanda - köç saldıqları İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək niyyətindədirlər.

Nicat Cəmilzadə
Bu xəbər oxucular tərəfindən 1201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed