Şrift:
“İnformasiya texnologiyalarının inkişaf perspektivləri” XII Beynəlxalq elmi-praktiki konfransı keçiriləcəkdir
20.04.2013 [11:00] - Köşə yazarları, İqtisadiyyat, Bildiriş
Aprelin 23-də Novosibirsk (Rusiya) şəhərində “İnformasiyaa texnologiyalarının inkişaf perspektivləri” XII Beynəlxalq elmi-praktiki konfransı keçiriləcəkdir.
İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc-a bildirmişlər ki, Rusiya Elmi Əməkdaşlığın İnkişafı Mərkəzi tərəfindən təşkil olunan beynəlxalq konfransda informasiya texnologiyalarının inkişaf perspektivləri müzakirə ediləcəkdir.
Konfransda “Sistemli analiz, informasiyanın emalı və idarə olunması”, “Hesablama texnikası və idarəetmə sistemlərinin element və qurğuları”, “Texnoloji proseslərin və istehsalatın idarə olunması və avtomatlaşdırılması”, “Sosial və iqtisadi sistemlərdə idarəetmə”, “Telekommunikasiya sistemləri və kompyuter şəbəkələri” istiqamətləri üzrə məruzələr dinləniləcək, təcrübə mübadiləsi aparılacaqdır.
Tədbirlə bağlı ətraflı məlumatı www.konferencii.ru saytından əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed