Şrift:
Azərbaycanda sürüşmənin baş verə biləcəyi əraziləri əvvəlcədən müəyyənləşdirmək mümkün olacaq
20.04.2013 [11:06] - Xəbərlər, Sosial
Azərbaycan alimlərinin yaratdıqları monitorinq sistemi sayəsində sürüşmə ehtimalı olan ərazilərdə sürüşmə prosesinin baş verə biləcəyini əvvəlcədən öyrənmək mümkün olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev cümə günü deyib ki, bu layihənin "Bakının hündürmərtəbəli binalarının seysmodayanıqlığının gizli monitorinq sistemi" layihəsinin tərkibində icra edilməsi nəzərdə tutulur.

Əliyev bildirib ki, yeni layihə hər zəif zəlzələdən sonra hündürmərtəbəli binalarda seysmodayanıqlığın gizli dövrünün dəyişmə vəziyyətini müəyyənləşdirməyə imkan verir.

Bu layihə çərçivəsində mobil stansiya vasitəsilə hündürmərtəbəli binalarda seysmodayanıqlığın vəziyyətini öyrənmək, fəsadlar aşkarlandıqda az xərclə həmin binalarda qabaqlayıcı tədbirlər görmək mümkün olacaq. Bu layihə həm də həmin ərazidə sürüşmə ehtimalının olub-olmadığını üzə çıxaracaq.

Əliyevin sözlərinə görə, əgər monitorinq sistemi bir-birinə yaxın yerləşən 5, 6, 7 binada eyni vaxtda seysmodayanıqlığın zəiflədiyini üzə çıxarırsa, deməli, gələcəkdə burada sürüşmə olacaq. Onda mobil laboratoriya ərazidə sürüşmə ehtimalının olub-olmadığını öyrənmək üçün yoxlama apara bilər.

"Sürüşmə real olaraq baş verdikdə insanlar onu hiss edirlər. Ancaq bu sistem gizli dövrün monitoriqini apardığı üçün sürüşmə ehtimalı ola biləcək əraziləri müəyyən edir. Bu da sürüşmə baş verməmiş ərazidə əvvəlcədən tədbirlər görməyə imkan yaradacaq",-institutun direktoru əlavə edib.

O bildirib ki, bu layihənin ilkin mərhələdə sürüşməyə meylli ərazilərdə, məsələn, Nəriman Nərimanovun heykəli ətrafında olan binalarda icrası yaxsı olar. Layihənin ilkin nəticələrindən asılı olaraq, onun əhatə dairəsi genişləndirilə, əvvəlcə bütün Bakını, daha sonra isə bütün respublikanı əhatə edə bilər.

Bu layihənin cox böyük strateji layihə olduğunu deyən Əliyevin sözlərinə görə, dünyada layihənin ilk belə varinatı Azərbaycan alimləri tərəfindən hazırlanıb. Bu layihə üçün artıq həm beynəlxalq, həm də Avrasiya patenti alınıb. Layihə Azərbaycan hökuməti tərəfindən də bəyənilir. Ancaq onun həyata keçirilməsi üçün geniş müzakirələrin aparılmasına ehtiyac var.
Bu xəbər oxucular tərəfindən 753 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed