Şrift:
Mikayıl Cabbarov Azərbaycanın təhsil naziri təyin edilib
20.04.2013 [11:12] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Prezidenti İlham Əliyev Misir Cumayıl oğlu Mərdanovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Mikayıl Çingiz oğlu Cabbarov Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

Mikayıl Cabbarov 19 sentyabr 1976-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. ABŞ-ın Sakramento şəhərində Hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin Vəkillər Kollegiyasının üzvüdür.
İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-cü illərdə isə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.
2004-cü il fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu il martın 6-dan isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışıb.
Evlidir, 2 övladı var.
Bu xəbər oxucular tərəfindən 1357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed