Şrift:
Azərbaycan mobil operatoru “Twitter”ə pulsuz giriş xidmətini təqdim edib
20.04.2013 [13:07] - Sosial
Azərbaycanın mobil rabitə operatoru olan "Azercell" MMC öz istifadəçilərinə "Twitter" mikrobloquna pulsuz giriş xidmətini təqdim edib. Bu barədə şirkətin rəsmi saytında yayılan xəbərdə bildirilir.
Məlumatda bildirilir ki, kampaniya 19.04.2013-19.10.2013 tarixləri arasında keçirilir. Xidmətdən yararlanmaq üçün mobile.twitter.com saytına daxil olmaq lazımdır. Xarici linklərə keçid və video yükləmələr ödənişlidir və mövcud tarifin İnternet qiymətinə uyğun hesablanır.
Mikrobloq xidməti mobil qurğuların istifadəçiləri arasında məşhurdur. "Aztwi.com"un məlumatına görə, Azərbaycanda "Twitter" istifadəçilərinin sayı 17 minə çatır.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed