Şrift:
Con Kerri: İrandakı prezident seçkisinə qədər dözməliyik
20.04.2013 [13:34] - Güney Azərbaycan xəbərləri, Siyasət
Aprelin 18-də ABŞ Konqresinin yuxarı palatasının – Senatın xarici əlaqələr komitəsində çıxış edən dövlət katibi Con Kerri İrana sanksiyaların gücləndirilməsinin müvəqqəti dayandırılmasını tələb edib.
Con Kerri deyib ki, prezident seçkisi ərəfəsində olan İran İslam Respublikasında vəziyyət naməlum olduğundan ABŞ hökuməti bu ölkəyə sanksiyaları gücləndirməyə tələsməməlidir: “Hesab edirəm ki, indi elə bir vaxtdır ki, biz dözümlü olmalıyıq. İrana qarşı tədbirlər üçün münasib və əlverişli bir vaxtın təyin edilməsi çox mühümdür. Vəziyyəti nəzərə alaraq qarşıdan gələn prezident seçkisinə qədər dözməli, sanksiyaların gücləndirilməsi prosesini hələlik dayandırmalı, müttəfiqlərimizlə əməkdaşlığımızı davam etdirməliyik”.
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed