Şrift:
Gəncədə hiss olunan zəlzələ 4 bal gücündə qeydə alınıb
22.04.2013 [11:50] - Xəbərlər, Hadisə
Gəncə şəhərində bu dəqiqələrdə hissediləcək dərəcədə zəlzələ qeydə alınıb. Bu barədə Trend-ə şəhər sakinləri məlumat verib.

Sakinlərin məlumatına görə, zəlzələ hiss olunan zaman iki təkan qeydə alınıb. Sakinlər heç bir dağıntının qeydə alınmadığını bildiriblər. Bəzi orta məktəb binalarının şüşələri sınıb.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Trend-ə Gəncə şəhərində yeraltı təkanın baş verməsi faktını təsdiqləyib.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindan Trend-ə bildiriblər ki, Nəbiağalı ərazisində 11:14 radələrində (Gəncədən 22 kilometr şimal-qərbdə) 10 km dərinlikdə 4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed