Şrift:
Azərbaycan ərazisində qeyri-səciyyəvi hava şəraiti aprelin 25-dək davam edəcək
22.04.2013 [13:45] - Gündəm, Bildiriş
Azərbaycan ərazisində aprel ayı üçün səciyyəvi olmayan hava şəraiti aprelin 25-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentyindən bildiriblər ki, aprelin 23-24-də Bakıda və Abşeron yarımadasında daha çox tutqun hava şəraiti hökm sürəcək. Aprelin 23-də paytaxtda qısamüddətli yağış yağacaq, mülayim külək əsəcək. Aprelin 24-də külək nisbətən artacaq.

Bakıda aprelin 23-də havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq. Bu isə çoxillik normadan 1-2 dərəcə aşağıdır.

Azərbaycanın rayonlarında aprelin 23-də arabir yağıntı olacağı gözlənilir. Havanın temperaturunun gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlıq ərazilərdə sulu qar yağacaq. Aprelin 24-dən əsasən qərb rayonlarından başlayaraq yağıntı kəsəcək.

Sinoptiklərin fikrincə, havanın uzunmüddətli tutqun olması aprel ayı üçün səciyyəvi deyil.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed