Şrift:
Aİ Şurası iyunda aparılacaq danışıqlarda Serbiyanın birliyə daxil olacağı vaxtı açıqlayacaq
23.04.2013 [09:13] - Xəbərlər, Siyasət
Aİ Şurası iyunda aparılacaq danışıqlarda Serbiyanın birliyə daxil olacağı vaxtı açıqlayacaq. RBK-nin verdiyi məlumata görə, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Ketrin Eşton deyib.
Məlumatda deyilir ki, bir müddət öncə Avropa Komissiyası ittifaq ölkələrinə Serbiya ilə danışıqlara başlamağı məsləhət bilmişdi.
"İndi Şura növbəti prosedur planı üzrə irəli gedə bilər. Bununla, iyunda birliyə üzv olmaq istiqamətində danışıqlar başlaya bilər" - deyən Eşton vurğulayıb ki, Avropa Komissiyası ittifaq ölkələrinə Serbiya ilə danışıqlara başlamağı məsləhət bilib.
Qeyd edək ki, Aİ Serbiyaya üzvlüyə namizədlik statusunu 1 mart 2012-ci ildə verib. Ekspertlərin sözlərinə görə, Serbiyanın Aİ-yə qəbulu üçün aparılan danışıqlar 3 ildən 5 ilədək davam edə bilər.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed