Şrift:
Azərbaycanda noyabrın 11-dən hava yenidən soyuyacaq
10.11.2011 [15:59] - Gündəm
Noyabrın 11-i axşam saatlarından etibarən şimal və qərb rayonlarından başlayaraq, Azərbaycan ərazisində hava şəraiti yenidən qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova cümə axşamı bildirib ki, temperatur tədricən 3-5 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti noyabrın 13-dək davam edəcək. Həmin müddətdə havanın arabir yağıntılı olacağı, bəzi ərazilərə sulu qar, dağlıq və dağətəyi rayonlara qar yağacağı gözlənilir. Şimal-qərb küləyi noyabrın 12-də güclənəcək.

Noyabrın 11-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 8-12 dərəcə isti olacaq. Noyabrın 12-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin noyabrın 11-i axşam şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək. Noyabrın 12-də bəzi ərazilərdə hava yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Noyabrın 13-də yağıntılar gündüz tədricən kəsiləcək. Mərkəzi Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed