Şrift:
Cenevrədə BMT İnsan Haqları Şurasının 16-cı sessiyası başlayıb
23.04.2013 [11:40] - Gündəm, Sosial, Hüquq
Dünən Cenevrədə BMT İnsan Haqları Şurasının 16-cı sessiyası işə başlayıb.


Mayın 3-dək davam edəcək sessiyada bir sıra ölkələrdə (Türkmənistan, Rusiya, Özbəkistan, Almaniya, Kanada və s.) insan haqlarının durumuna dair Universal Dövri İcmal müzakirə olunacaq və məruzələr qəbul ediləcək.

Azərbaycanda insan haqlarının vəziyyəti aprelin 30-da müzakirə olunacaq, mayın 2-də isə bununla bağlı məruzə qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycanda insan haqlarının vəziyyəti BMT İnsan Haqları Şurasının iclasında sonuncu dəfə 2009-cu ilin fevralında müzakirə olunub. Universal Dövri İcmal sessiyaları 3 ildən bir keçirilir. Hər bir sessiya 16 ölkənin icmalına həsr olunub. Hər bir dövlət üzrə 3 ölkəni təmsil edən 3 məruzəçi təyin olunur. Bu sessiyada Azərbaycan üzrə məruzəçilər Maldiv, Liviya və Perunu təmsil edir.
Bu xəbər oxucular tərəfindən 976 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed