Şrift:
Bakıda 10 ev yanıb
10.11.2011 [16:01] - Hadisə
Bakıda güclü yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Hadisə bu gün səhər saatlarında Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində qeydə alınıb. Bir-birinə bitişik yaşayış evlərindən birində baş verən yanğın tezliklə qonşu tikililərə keçib. Nəticədə 10-dan çox ev yanaraq yararsız hala düşüb. Hadisə yerinə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib. Yanğının qarşısını tez bir zamanda almaq mümkün olub.

İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed