Şrift:
Dünya bazarında neftin qiyməti ucuzlaşıb
24.04.2013 [10:04] - Gündəm, Sosial
Məlumata görə, dünya bazarında neftin qiyməti ucuzlaşıb. Neftin ucuzlaşmasına səbəb Liviyadakı hərbi toqquşmalar və Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda dünya bazarında neftin qiymətində ziddiyyətli dəyişikliyin olmasıdır.
London birjasında "Brent Crude Oil" markalı neft 0,17 dollar bahalaşıb. Bu markadan olan "qara qızıl"ın qiyməti 115,72 dollar təşkil edib. Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 0,15 dollar azalaraq, 105,6 dollara düşüb.
Məlumat üşün qeyd edək ki, "Light Sweet Crude Oil" markalı neftin qiyməti 105,75 dollara çatmışdı. Bu, son 2,5 il ərzində ən yüksək göstərici idi.
Son günlər qiymətlər 99-100 dollar arasında dəyişir. Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 100 dollar səviyyəsində qəbul edilib.Prezident Administirasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov mətbuata açıqlamasında qeyd edib ki, neftin qiymətində ucuzlaşma qeydə alınsa da, ilin sonuna kimi dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur.Bazarda neftin qiymətində müşahidə olunan eniş büdcədə heç bir çətinlik yaratmır. Mail Rəhimov həmçinin onu da bildirib ki, dövlət büdcəsinin təsdiqləməsinə baxmayaraq, ilin sonuna kimi büdcədən Azərbaycan İpoteka Fonduna əlavə vəsait ayıra bilər.

davam.az Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed