Şrift:
Ötən gecə Azərbaycanda ən çox yağıntı Bakı və Abşeron yarımadasına düşüb
24.04.2013 [10:10] - Gündəm, Bildiriş
Azərbaycanda aprelin 23-ü axşamdan 24-ü səhərədək ən çox yağıntı Bakı və Abşeron yarımadasına düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə günü verilən məlumata görə, aprelin 23-ü axşamdan 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Yağıntılar şimal və şərq rayonlarında intensiv olub. Ən çox düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında qeydə alınıb.
Ən çox düşən yağıntının miqdarı Sumqayıtda 30 mm (aylıq normanın 130 faizi), Bakıda 26 mm (aylıq normanın 113 faizi), Maştağada 23 mm (aylıq normanın 25 faizi), Pirallahıda 16 mm (aylıq normanın 82 faizi), Çilov adasında 16 mm (aylıq normanın 89 faizi), Qubada 37 mm (aylıq normanın 77 faizi), Altıağacda 18 mm, Xaçmazda 17 mm, digər rayonlarda isə 1-13 mm olub.
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed