Şrift:
Üç əsgərin xəstəlikdən ölməsi faktı ilə əlaqədar 19 hərbi qulluqçu cəzalandırılıb
10.11.2011 [16:29] - Gündəm
Dörd hərbçinin rütbəsi aşağı salınıb, dörd hərbçi isə vəzifəsindən azad edilib

Azərbaycan Ordusunda 3 əsgərin xəstəlikdən ölməsi faktı ilə əlaqədar Müdafiə Nazirliyi ciddi tədbirlər həyata keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev bildirib ki, hər hansı hadisə baş verdikdə müdafiə nazirinin göstərişinə əsasən, dərhal araşdırma başlayır, araşdırmanın nəticəsinə uyğun olaraq tədbirlər görülür, təqsirkar şəxslər intizam məsuliyyətinə cəlb olunurlar: “Günahkar şəxslərin hərəkətlərində cinayət xarakterli əməllərin olmasını isə Hərbi Prokurorluq araşdırır. Üç əsgərin xəstəlikdən vəfat etməsi məsələsinə gəldikdə, bununla da bağlı olaraq müdafiə nazirinin müvafiq əmri olub. Həmin əmrə əsasən, ali rütbəli vəzifəli şəxslərdən tutmuş kiçik rütbəli zabitlərə qədər 19 hərbi qulluqçu cəzalandırılıb. Onlardan 3-nə töhmət, 2-nə şiddətli töhmət verilib. 6 nəfərə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq elan edilib. 4 nəfərin rütbəsi bir pilə aşağı salınıb, daha 4 nəfər isə tutduğu vəzifədən azad edilib. Bir daha belə halların təkrarlanmaması üçün əmrdə xüsusi müddəalar da yer alıb”.

Qeyd edək ki, Milli Ordunun əsgərləri - Azər Abbaszadə, Röyal Ağayev və Ruslan Kərimov xəstəlikdən dünyasını dəyişiblər. Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed