Şrift:
İranlı deputat: Xalqın fəryadına çatın. İnsanlar işgənə də tapıb yeyə bilmir
25.04.2013 [15:51] - Güney Azərbaycan xəbərləri, Sosial
Aprelin 24-də İran parlamentində çıxış edən deputat Əhməd Təvəkküli yoxsul və orta təbəqənin ağır durumda olduğunu deyib.Əhməd Təvəkküli qeyd edib ki, ərzaq məhsullarının idxalı üçün hökumət qiymətinə valyuta ayrılmadığından yeyinti məhsullarının qiyməti kəskin qalxıb və kasıb ailələr bundan əziyyət çəkir: “Üç aydır ki, vətəndaşların ehtiyacı olan əsas qida məhsullarının idxalı üçün vəsait ayrılmayıb. Valyutanın qiyməti dəyişkən olduğuna görə ətin qiyməti qısa bir zamanda 60 faiz, yağın qiyməti isə 35 faiz artıb.

İnsanlar bizdən soruşurlar ki, bu nə vəziyyətdir yaradıbsınız. Mən parlament sədrindən xahiş edirəm ki, təcili bir iclas çağırsın və nazirlərin iştirakı ilə məsələ müzakirə edilsin. Xalqın bahalıqdan beli əyilib, istehsal isə məhv edilib. Mən xahiş edirəm ki, xalqın fəryadına çatın. Millət bu bahalıqlara dözə bilmir və insanlar artıq işgənə (yağ, soğan, un və yumurtadan hazırlanan kasıb yeməyi – red) də tapıb yeyə bilmir”.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed