Şrift:
Saxta İsrail pasportu ilə gəzən İran vətəndaşı tutulub
25.04.2013 [15:57] - Gündəm, Hadisə
Nepal paytaxtı Katmanduda saxta İsrail pasportu ilə gəzən İran vətəndaşı tutulub.

Polis rəsmisi jurnalistlərə deyib ki, İran vətəndaşı Möhsün Xosrəviyan bir neçə dəfə İsrail səfirliyi ətrafında görünüb və özünü şübhəli apardığından saxlanıb. O, İrandan Malayziyaya səfər etdiyini, bu ölkənin paytaxtı Kuala-Lampurda Aleksandr adı ilə saxta İsrail pasportunu aldığını etiraf edib.

Nepal polisi İran vətəndaşının saxta İsrail pasportunu necə və hansı məqsədlə əldə etdiyi haqda açıqlama verməsə də, həmin şəxsin hər hansı mümkün terror aktı ilə əlaqədar olub-olmadığını araşdırır.
Məlumatda həmçinin bildirilir ki, həyat yoldaşı tailandlı olan Möhsün Xosrəviyan 2004-cü ildən Tailandda yaşayır.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed