Şrift:
İran anti-Azərbaycan adımına imza atdı
26.04.2013 [10:55] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Mətbuatda gedən məlumata görə, Tehran daha bir anti-Azərbaycan addımına imza atıb. Azərbaycan Beynəlxalq Velosiped Turu”nun 28-ci ilinin loqosunda, yarışın adı “İran turu” və ya “Tour of İran” ilə dəyişdirilib. Hansı ki, Azərbaycan Beynəlxalq Velosiped Turu 1986-cı ildən (1365-ci il) Asiya Velosiped Federasiyasında “İnternational Azerbaijan Tour” və ya “Azərbaycan Beynəlxalq Turu” kimi qeyd olunub.
Ekspertlərin bir qismi düşünür ki, İran rejiminin bu əməlini “Traxtur-Əl cəzirə” futbol oyununda azərbaycanlılar tərəfindən “Güney Azərbaycan İran deyil” plakatını qaldırması ilə əlaqələlidir. Hesab olunur ki, İran bununla Azərbaycanın adının dünyada gündəmə gəlməsinin qarşısını almaq və soydaşlarımızı cəzalandırmaq istəyir.
Məlumata görə, aprelin 25-də “Traxtur” futbol komandasının tərəfdarı, internet fəalı Mehdi Heydəri (Heyran Heydəri kimi tanınır) öz evində həbs olunub. Heydərinin “tractorspor” saytının məsulu olduğu deyilir. Güney saytlarının yaydığı məlumata görə, internet fəalı mülki geyimli məmurlar tərəfindən tutuqlanıb. “Traxtur” tərəfdarının kompüteri də məmurlar müsadirə edilib. Hələlik onun hansı istiqamətə aparılması ilə bağlı isə heç bir məlumat yoxdur. Başqa bir xəbərə görə, “Traxtur”un yandaşı olan saytlar və bu komandanı təbliğ edən Facebook səhifələrinə kiber hücumlar da başlayıb. Bəzi hallarda saytların sıradan çıxarıldığı bildirilir. Hücumların mərkəzi Təbrizin Hafiz xiyabanı və Kərəc şəhərinin olduğu barədə məlumat yayılıb.

davam.az Günel Cəlilova
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed