Şrift:
Gəncənin ən böyük ailəvi istirahət mərkəzində yanğın baş verib
27.04.2013 [09:59] - Gündəm, Hadisə
Kəpəz TV xəbər verir ki, Gəncənin "Yeni Gəncə" yaşayış massivindəki Çinar istirahət mərkəzində güclü yanğın hadisəsi baş verib.
Dərhal hadisə yerinə Kəpəz və Nizami rayonlarının 6 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğın təxminən 800 kvadrat metr ərazisi olan çay evinin 120 kvadrat metrlik bufet hissəsində baş
verib.
Yanğın zamanı xəsarət alan olmayıb.
Havanın küləkli olması və çay evinin yaxınlığında qazdoldurma məntəqəsinin fəaliyyəti nəzərə alınaraq əraziyə qazın və elektrik enerjisini verilişi dayandırılıb.
Hazırda Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsi tərəfindən yanğının hansı səbəbdən baş verməsi və çay evinə dəyən ziyanın məbləği araşdırılır.
Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Rahib Nadirov: Yanğın çay evinin 120 kvadrat metrlik bufet hissəsində qeydə alınıb. 50 kvadrat metr tamamilə yanaraq külə dönüb, 50 kvadrat metr ərazinin yanğından mühafizə olunması üçün söküntü işləri aparılıb.
20 kvadrat metr ərazi alovdan xilas edilib.
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed