Şrift:
Pakistanın sabiq prezidenti ev dustağı qismində saxlanılıb
27.04.2013 [10:03] - Xəbərlər, Siyasət
Pakistanda cümə günü Ravalpindi şəhərinin məhkəməsi sabiq prezident general Pərviz Müşərrəfi 2007-ci ildə keçmiş baş nazir Benazir Bxuttonun qətli ilə bağlı işə görə üç günlük ev dustağı qismində saxlanılması barədə qərar çıxarıb. Bu barədə RİA Novosti agentliyi məlumat verir.
Müşərrəf 2007-ci ildə fövqəladə vəziyyətin tətbiqi haqqında işə görə artıq İslamabadın yaxınlığında yerləşən Çak Şaxzad adlı iqamətgahında mayın 4-nə qədər ev dustağı kimi saxlanılır . Beləliklə, o, hər iki cəzanı eyni zamanda çəkəcək.
Bu xəbər oxucular tərəfindən 919 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed