Şrift:
Gənclərin Beynəlxalq Forumu Gəncədə tədbir keçirəcək
27.04.2013 [12:16] - Gənclik, Bildiriş
Azərbaycanın beynəlxalq arenada layiqincə təmsili, reallıqların dünya ictimaiyyətinə çatdırılması və beləliklə ökəmizin müsbət imicini yaradaraq beynəlxalq əməkdaşlıqlara və ölkənin qlobalaşmasına töhvə verməyi özünün ən əsas vəzifələrindən biri elan etmiş ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu) bu istiqamətdə fəaliyyətini davam etdirir.
Hər zaman maraqlı tədbir və layihələri ilə seçilən ASAIF bu dəfə də bu istiqamətdə yeni bir təşəbbüslə çıxış edir. İndiyə qədər keçirilən layihə və forumlarda əsas hədəf qrupunun azərbaycanlı tələbə və məzunların olduğunu nəzərə alaraq, təşkilat təbliğatın daha fərqli və effektiv yollarından biri kimi artıq xarici tələbə və məzunlarıda bu işə cəlb edilməsini məqsədə uyğun sayır.
Bu istiqamətdə həyata keçirələcək ilk iri miqyaslı layihə 10-12 may 2013-cü il tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) və PwC Azərbaycan birgə təşkilatçılığı və eləcə də Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Discover Azerbaijan” (“Azərbaycanı kəşf et”) adlı forum olacaqdır.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində baş tutacaq forum 100-ə yaxın Azərbaycanda yaşayan və təhsil alan əcnəbi tələbələri bir araya gətirəcəkdir. Layihənin həyata keçirilməsində əsas məqsəd dünyanın hər bir yanından gəlmiş Azərbaycanda təhsil alan əcnəbi gəncləri milli-mənəvi dəyərlərimiz ətrafında birləşdirmək, Azərbaycan haqqında məlumatları daha ətraflı və sistemli şəkildə təqdim etmək və ölkəmizin inkişafı naminə gələcək əməkdaşlıqlar üçün zəmin yaratmaqdır.
Gəncə Ramada Hoteldə keçiriləcək forumun müzakirələri zamanı Azərbaycan haqqında müxtəlif mövzular üzrə diskusiyalar aparılacaqdır. “Azərbaycan 2020” vizyonu, Azərbaycanın xarici siyasəti və əldə edilmiş uğurlar, Gənclər siyasəti, Azərbaycanda insan kapitalı, Biznes sektorunda korporotiv idarəetmə və strategiya, Azərbaycanda ətraf mühitin mühazəsi sahəsində təşəbbüslər və digər mövzular üzrə panellərin olacağı gözlənilir.
Foruma müraciət üçün ərizə qəbulunun son tarixi 4 may 2013-ci ildir. Foruma müraciət etmək istəyən tələbələr http://asaif.org/site/ganja-youth-forum/ ünvanına daxil olaraq ərizə formasını doldurmalıdırlar. Qeyd edək ki, forumda iştirak haqqı yoxdur və bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcəkdir.
Əlavə məlumat üçün www.asaif.org səhifəsinə daxil ola və ya +994506129232 (Bakı) nömrəsi ilə ASAIF katibliyi ilə əlaqə saxlaya bilərsiniz.

Hörmətlə,
ASAIF PRESS
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed