Şrift:
Azərbaycanda sahibkar özünü güllələyib
10.11.2011 [16:56] - Hadisə
Abşeronda silahlı insident baş verib. Bu barədə Rayon Polis Şöbəsindən bildirilib.

Hadisə bu gün saat 15.00 radələrində rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 53 yaşlı Telman Camal oğlu Mehdiyev yaşadığı ünvanda naqan tipli tapançadan atəş açaraq özünü güllələyib. O, başından aldığı güllə yarası ilə Klinik Tibbi Mərkəzə çatdırılıb.

Xəstəxanadan bildirilib ki, T. Mehdiyev əməliyyat olunub, həyati təhlükə sovuşmayıb.

Polisdən həmçinin bildirilib ki, T. Mehdiyev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş.
Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed