Şrift:
Moskvada iki azərbaycanlı güllələnib
27.04.2013 [14:31] - Gündəm, Hadisə
Hadisə “Yeni Moskva” adlanan ərazidə baş verib
Rusiya paytaxtında iki azərbaycanlı güllələnib. APA-nın məlumatına görə, insident Sosenskiy qəsəbəsində, “Yeni Moskva” adlanan ərazidə baş verib.

Hərəkətdə olan avtomobildən soydaşlarımıza travmatik silahdan atəş açan naməlum şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar. Polis onların avtomobilini tapmağa müvəffəq olub.

Cinayətin təfərrüatları məlum deyil, hazırda cinayəti törədənlərin axtarışı davam edir. Yaralanmış soydaşlarımızın durumu barədə də məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed