Şrift:
Moskva vilayətində 20 yaşlı azərbaycanlını girov götürmüş cinayətkar dəstənin rəhbəri Rafiq Mirzəyev xüsusi əməliyyat zamanı öldürülüb
29.04.2013 [12:01] - Gündəm, Hadisə
Moskva vilayətində keçirilən xüsusi əməliyyat nəticəsində girov götürülmüş 20 yaşlı azərbaycanlı azad edilib.


APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Moskvadakı restoranlardan birinin sahibinin oğlu, 20 yaşlı azərbaycanlı aprelin 18-də qaçırılıb. İki saat sonra onun atasına zəng vuran naməlum şəxslər oğlunun azadlığa buraxılması üçün 700 min dollar tələb ediblər.



Rusiya DİN Baş İdarəsi girovun azadlığa buraxılması üçün aprelin 25-dən 26-na keçən gecə Moskva vilayətinin Naro-Fominsk rayonunun Aprelevka şəhərində xüsusi əməliyyat keçirib.



Əməliyyat zamanı azərbaycanlını girov saxlayan mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri, Bakıda anadan olmuş, 1952-ci il təvəllüdlü Mirzəyev Rafiq Canbaxış oğlu polislərə aktiv müqavimət göstərdiyi üçün öldürülüb. Dəstənin digər üç üzvü isə həbs edilib.



Öldürülən şəxsdən “Makarov” tapançası, 16 güllə və səsboğucu qurğu götürülüb. Girovun saxlandığı evə keçirilən baxış zamanı “AK-47” avtomatı və daha bir tapança aşkarlanıb.



Rafiq Mirzəyev əvvəllər adam oğurluğuna görə saxlanıb və bir neçə dəfə məhkumluq həyatı keçirib. O, 2010-cu ildən analoji cinayətlərə görə federal axtarışda olub.



Faktla bağlı təhqiqat davam edir.
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed