Şrift:
Azərbaycanda rəsmi işsizlərin sayı azalıb
29.04.2013 [12:16] - Sosial
Bu il aprelin 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 701,3 min nəfər olub, onlardan 4 458,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.



Dövlət Statistika Komitəsindən verilən məlumata görə, aprelin 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,6 min nəfər olub, onların 41,9%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 249,8 manat olub.



Qeyd edək ki, son bir il ərzində Azərbaycanda rəsmi işsizlərin sayı 3,3% və ya 1,3 min nəfər azalıb.
Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed