Şrift:
Rusiyanın tanınmış jurnalisti diaspor sahəsindən yazan Azərbaycan jurnalistləri üçün seminar keçirib
29.04.2013 [12:23] - Diaspor
İTAR TASS İnformasiya Agentliyinin aparıcı jurnalisti, Rusiya Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Səadət Kadırova bu gün Bakıda diaspor sahəsindən yazan Azərbaycan jurnalistlər üçün seminar keçirib.



Seminar Azərbaycan Diaspora ilə İş üzər Dövlət Komitəsi və Mətbuat Şurasının (MŞ) dəstəyi ilə keçirilir.



Seminar zamanı Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm bildirib ki, seminarın əsas məqsədi diaspora sahəsində yazan jurnalistlərin peşə təcrübəsinin təkmilləşdirilməsidir. MŞ-nın icraçı katibi Rəhim Hüseynzadə də seminarın əhəmiyyətindən danışaraq diaspora sahəsinin Azərbaycan üçün həssas sahə olduğunu və S.Kadırovanın bu sahədə öz peşə təcrübəsini azərbaycanlı jurnalistlərlə bölüşməsinin yaxşı nəticələr verəcəyini bildirib.



Seminarda S.Kadırova jurnalistlərə müsahibin rəğbətini qazanmağın yolları, uğurlu müsahibənin alınmasında qarderobun sirləri, müsahibənin uğurlu alınmasına təsir edən amillər, müsahibənin aparılması yolları və s. peşə sirləri barədə azərbaycanlı jurnalistlərə məsləhət verib, beynəlxalq təcrübədən danışıb.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed