Şrift:
Aparılan dava- milli dava və Bütöv Azərbaycan davasıdır
30.04.2013 [11:38] - Xəbərlər, Gənclik, DAVAMın yazıları
İctimai xadimlərin, diplomatların, siyasətçilərin, istərsə də ayrı-ayrı fərdlərin şüurunda "haralısan?" sualı kəskin ağrılar yaradır. Bu sual millətin, xalqın acı simptomlarının sayını artırır. Belə simptomlar Azərbaycan xalqının mənəvi-psixoloji dəyərlərinə kölgə salır. Belə kölgələrdən biri, uzun illərdir yaşadığımız bir problem-bölgəçilikdir.
Bakılı, Naxçıvanlı, Qarabağlı, Şəkili, Lənkəranlı... Hamısı Azərbaycan adlı zəngin məmləkətin övladlarıdır. İnsanlar hələ də mən Azərbaycan xalqının, vətəninin övladıyam demək əvəzinə əyalətçilik və yerliçilik prinsiplərinə əsaslanırlar.
İstər keçən on illiklərdə, istərsə də indi bu sual həm məsul işçiləri, həm yüksək vəzifə sahiblərini, həm də sadə vətəndaşları çox sarsıdıb. Demək olar ki, sarsıdmaqla yanaşı bəzilərini də diqqətə gətirib. Burdan açıq-aydın görünür ki, bu məsələ birinin xeyrinə olmuşsa bir neçəsinin də ziyanına olub.
Məkan baxımından insanlara qiymət vermək nə dərəcədə doğrudur?
Dünyanın heç bir ölkəsində insanların dayandığı mərtəbədən asılı olmayaraq (aşağı ya yuxarı) onlardan soruşmurlar ki, haralısan? Onlar üçün bu mədəniyyətsizlik və təhqir sayıla bilər. Əgər "haralısan? " sualına vətəndaşların münasibətini bilmək üçün sorğu keçirsək, 100 nəfərdən 85-i bölgəçiliyin əleyhinə olduğunu deyəcək. Əgər onların bu suala verəcəyi rəyləri də nəzərə alsaq, görərik ki, cəmiyyətdə mövqenin və yerin hələ də bu sualla əlaqəsi mövcuddur.
"Haralısan?" sualı, bölgəçilik, yerliçilik, əyalətçilik prinsipi sivil, müasir bir cəmiyyət üçün qorxulu düşüncədir.
Vətəndaşı doğulduğu yerə görə qiymətləndirmək sosial ədalətsizlikdir. Belə olduğu halda cəmiyyətdə balanslı inkişaf gedə bilməz. Bu kimi amillər bölgələr arası təhlükəli ədavətə belə çevrilə bilər.
Əgər bir az araşdırma aparsaq görərik ki, heç də hamı və bütün qurumlar, təşkilatlar belə düşünmür. Azərbaycanı bu bölgəçilik prinsipindən uzaqlaşdırmaq üçün çalışan şəxslər də var, təşkilatlar da var. Azərbaycanda fəaliyyət göstərən Milli Dirçəliş Hərəkatı Partiyası həmişə bu prinsipə qarşı vuruşmuş və bugün ki, fəaliyyətində də əldə etdiyi nəticələr olmuşdur. Aparılan dava- milli dava və Bütöv Azərbaycan davasıdır. Partiyanın məramnaməsində də qeyd olunduğu kimi şəkilinin problemi şəkilinin, qarabağlının problemi qarabağlının və s. deyil hamımızındır. Milli dəyərlərimizi, sahib olduqlarımızı fərdi prinsiplərə görə itirməli deyil, hamılıqla bir-birimizə qahmar çıxmalıyıq. Sahib ola bilmədiklərimizin acı , sahib ola bildiklərimizin nankoru olmamalıyıq. Millətə aid olan hər şeyə sahib çıxmaq, dəyərləndirmək lazımdır.
Bölgəçilik, əyalətçilik, yerlibazlıq milli xəstəliyimiz, ona qarşı mübarizə isə ümummilli vəzifəmizdir. Əgər bu məsələlər milliləşməsə ayağa qalxmaq mümkün olmaz.

davam.az LEYLA.
Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed