Şrift:
Dünya Azərbaycanlıları Forumu (DAF) Misirli alimlə görüş keçirəcək
30.04.2013 [13:21] - Diaspor
Dünya Azərbaycanlıları Forumunun (DAF) təşkilatçığı ilə 30 aprel 2013-ci ildə, saat 12.00-də Misirin Eyn Əş-Şəms Universitetinin müəllimi, Azərbaycanşünas alim dr. ƏHMƏD SAMİ EL AYDİ ilə görüş keçiriləcəkdir.
Görüşdə “Misir-Azərbaycan mədəni əlaqələrinin çağdaş durumu və perspektivləri” mövzusunda məruzə dinləniləcək, müzakirələr aparılacaqdır.
Arzu edənlər iştirak edə bilərlər.
Mətbuat nümayəndələri dəvətlidir.

Ünvan: İstiqlaliyyət küçəsi 8 (Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası).

Dünya Azərbaycanlıları Forumu Təşkilat Komitəsi
Əlaqə tel: 070 205 01 21 050 213 10 22
Bu xəbər oxucular tərəfindən 1042 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed