Şrift:
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu AMEA Ədəbiyyat İnstitutunun elmi işçisinin saxlanılmasına münasibət bildirib
02.05.2013 [10:32] - Güney Azərbaycan xəbərləri, Siyasət
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin İranda saxlanılmasına münasibət bildirib.


Baş Konsulluğun vitse-konsulu Nəriman Orucəliyev bildirib ki, bu barədə mətbuatdan xəbər tutublar: “Hazırda bu məsələ konsulun diqqətindədir və tərəfimizdən araşdırılır”.

Qeyd edək ki, X. Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və İran vətəndaşı olan 4 azərbaycanlı fəalın həbs edildiyi bildirilir. Hazırda onların harada saxlanıldıqları məlum deyil.
Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed