Şrift:
İrandan Azərbaycana narkotik daşıyan 11 nəfər tutulub
02.05.2013 [11:50] - Gündəm, Hadisə
Milli Təhlükəsizlik Nazirliyinin son günlərdə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınmasıyla məşğul olan 11 nəfər ifşa edilib, onlardan ümumilikdə 15 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Məlumat MTN-in ictimai əlaqələr mərkəzindən verilib.

Məlumatda deyilir ki, aşkar edilən narkotik vasitələr marixuana, qurudulmuş marixuana, heroin və tiryəkdən ibarət olub.

Bütün faktlarla əlaqədar cinayət işləri başlanıb, ifşa edilən 11 nəfər Azərbaycan vətəndaşı haqqında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed