Şrift:
Tanınmış alim Saleh Qarabağlı dünyasını dəyişdi
03.05.2013 [10:50] - Gündəm, Hadisə, Mədəniyyət
Azərbaycanda yeganə şəxs idi Vatikan Papası onun kitabına rəy vermiş və ön söz yazmışdır. 30 aprel 2013-cü il tarixində biz bu dahi şəxsiyyəti itirdik.
Allah rəhmət eləsin
Hacıyev Saleh Novruz oğlu və ya ədəbi təxəllüsü ilə Qarabağlı Saleh Bəy. 1921-ci ilin bu günündə Şuşada zadəgan ailəsində anadan olub. Atası Rusiya diviziyasında zabit olub.

Orta təhsilini Şuşada və Ağdamda alıb. Məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Buranı bitirdikdən sonra isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul edilib. 1942-ci ildə ali məktəbin üçüncü kursunda olarkən müharibəyə aparılıb. 3 il 2 aylıq əsgərlik müddətində Qafqazdan Şərqi Prussiyaya qədər geniş bir masştabda döyüşüb. Müharibədən sonra isə universiteti “Qırmızı diplom”la bitirib. Bunun ardınca isə Xarici Dillər İnstitutuna daxil olaraq, Alman dili üzrə ali təhsil alıb. Aspirantura təhsilini isə yenidən Kimya üzrə alıb. Namizədlik işində müdafiə etdiyi mövzu bir müddət sonra Elmlər Akademiyası tərəfindən ləğv edilib. Bundan sonra bir müddət elmdən uzaqlaşaraq, Neft Daşlarında işləyib. 3 il burada çalışdıqdan sonra isə yenidən elmə qayıdıb. Bu dəfə fizika sahəsinə. Fizika üzrə həm namizədlik, həm də doktorluq işini isə Moskva Universitetində müdafiə edib. 20 il Sibirdə yaşayıb, işləyib. 1988-i ildə Qarabağ hadisələri başlayandan sonra isə təqaüdə çıxaraq, özünü bütünlüklə elmə, yaradıcılığa həsr edib.
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed