Şrift:
İsveçrənin enerji, ətraf mühit, rabitə və nəqliyyat üzrə federal naziri Azərbaycana rəsmi səfər edəcək
11.11.2011 [10:42] - İqtisadiyyat
İsveçrənin enerji, ətraf mühit, rabitə və nəqliyyat üzrə federal naziri Doris Lyutardın rəhbərlik edəcəyi İsveçrə nümayəndə heyəti noyabrın 14-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə İsveçrənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər iki ölkə arasında 2007-ci ildə imzalanmış enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində baş tutur. Nümayəndə heyətinin Azərbaycan prezidenti İlham Əliyev və sənaye və energetika naziri Natiq Əliyevlə görüşü nəzərdə tutulur.

Səfərdə əsas məqsəd İsveçrənin EGL, Norveçin “Statoil” və Almaniyanın “E.On-Ruhrgas” şirkətlərinin iştirak etdiyi Trans-Adriatik Boru Xətti (TAP) layihəsinə dəstək verməkdir.

TAP Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə Azərbaycandan 10 mlrd. kub/metr təbii qazın İtaliyaya nəqlini nəzərdə tutur. Layihə 2017-ci ilə kimi istismara verilməlidir.

Səfər zamanı habelə bərpa olunan enerji mənbələri və enerji effektivliyi sahəsində iki dövlətin müştərək işləyə biləcəyi istiqamətlər barədə də müzakirələr aparılacaq.

İsveçrə nümayəndə heyətinə bu ölkənin işgüzar və elmi dairələrini təmsil edən şəxslərin də daxil olduğu xəbər verilir.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed