Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbərliyinin növbəti yığıncağı Novxanıda keçirildi/FOTO
06.05.2013 [00:13] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Bu gün MDHP Qarabağ Departamentinin növbəti yığıncağı keçirildi. Yığıncaqda Qarabağ Departamentinin üzvüləri: alimlər, keçmiş döyüş komandirləri, işğal altınad olan Qarabağ bölgəmizin ağsaqqalları ilə bərabər Milli Dirçəliş Hərəkatı Partiyasını sədri, Millət Vəkili Fərəc Quliyev, MDHP Ali Məclisinin sədri Tahir Seyidov, MDHP sədrinin birinci müavini Bayram Abbasov, MDHP Qərbi Azərbaycan Departamentinin sədri Arif Abbasov, Binəqədi rayon şöbəsinin sədri Cavanşir Rzazadə iştirak ediblər.
Yığıncağı Qarabağ Departamentinin sədri Şakir Ağayev açıq elan edərək, görülən içlər barəsində və yığıncağın gündəliyində olan məsələlər haqda məlumat verdi.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev yığıncaqda əhatəli çıxış edərək Qarabağ Departamentinin fəaliyyətinin qənətbəxş olduğunu vurğuladı. Təşkilatın qarşıda duran vəzifələrini yerinə yetirmək üçün daha ciddi toparlanması və Azərbaycanın müstəqil ölkə kimi güclənməsindən narahat olan quvvələrin aktivləşməsinin narahatlıq yaradacaq hal kimi qiymətləndirilməsini və bütün bunlara hazırlıqlı olmağı Fərəc bəy yığıncaq iştirakçılarına tövsiyə etdi.
Yığıncaqda planlı şəkildə Azərbaycan torpaqlarının işğal olunması, Qarabağ döyüşlərinin nəticələri, İtirilmiş torpaqların geri alınması və s. məsələlərin müzakirəsi ilə yanaşı Azərbaycanın qəhrəman oglu, keşən əsrin əvvəllərində erməni hücumlarının qarşısını mərdliklə alan Soltan bəyin həyatı və fəaliyyəti ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırıldı.
Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbərliyinin növbəti yığıncağı Novxanıda keçirildi/FOTO

Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbərliyinin növbəti yığıncağı Novxanıda keçirildi/FOTO

Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbərliyinin növbəti yığıncağı Novxanıda keçirildi/FOTO

Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbərliyinin növbəti yığıncağı Novxanıda keçirildi/FOTO

Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbərliyinin növbəti yığıncağı Novxanıda keçirildi/FOTO


MDHP Mətbuat Xidməti.
Bu xəbər oxucular tərəfindən 2027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed