Şrift:
Şimali Afrika operatorları “Azerspace 1” peykinin resurslarından istifadə etməyə başlayıblar
06.05.2013 [11:58] - Köşə yazarları, İqtisadiyyat
Şimali Afrika telekommunikasiya operatorları Azərbaycanın ilk "Azerspace 1" peykinin resurslarından istifadə etməyə başlayıblar. Bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC mayın birindən etibarən "Azerspace 1" peykinin resurslarının 40 faizini reallaşdırmağa başlayıb.
Həmçinin yerli teleradio kanallarının Azərbaycan peykinin resurslarında yerləşdirilməsi üzrə texniki işlər başa çatıb. Bu gün teleradio kanalları ilə müqavilələrin bağlanılması, həmçinin peyk televiziyası üçün antenalardan istifadə əsas vəzifədir.
Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed