Şrift:
YUNESKO ilin sonunadək fəaliyyətini dayandıracaq
11.11.2011 [09:53] - Xəbərlər
YUNESKO fəaliyyətini 2011-ci ilin sonunadək dayandıracaq. Bu barədə Fransa mətbuat orqanları məlumat veriblər.

YUNESKO baş direktoru İrina Bokova bildirib ki, bu addım 35 milyon dollara qənaət etməyə imkan verəcək. Bir müddət əvvəl YUNESKO daha 30 milyon dollara qənaət etməyin yolunu da açıqlamışdı.

Oktyabrın 31-də ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland ölkəsinin YUNESKO-nu maliyyələşdirməyəcəyini bəyan edib. ABŞ bu addımı Fələstinin bu təşkilata üzv qəbul olunmasına etiraz əlaməti olaraq atıb. Noyabrın 2-də Kanada analoji qərar qəbul edib.
Bu xəbər oxucular tərəfindən 1158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed